Yay fasiləsində “Sabah”dan ayrılan İqor Noqeyranın yeni iş yeri müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, braziliyalı mərkəz müdafiəçisi karyerasını Rusiyada davam etdirəcək.

31 yaşlı oyunçu “Rostov”la anlaşıb. Azərbaycan çempionundan ayrılan Noqeyra Rusiya Premyer Liqa təmsilçisinə azad agent kimi keçib. Tərəflər müqavilənin şərtlərini artıq razılaşdırıblar və yalnız rəsmi sözləşməyə qol çəkmək qalıb.

Qeyd edək ki, İqor Noqeyra ötən mövsüm “Sabah”ın heyətində bütün turnirlərdə 36 oyuna çıxıb. Bakılılar onun vidasını rəsmən açıqlamayıb. Müqaviləsi bitən braziliyalıya yeni anlaşma təklif edilsə də, o, maliyyə şərtlərində endirimlə razılaşmadığından getmək qərarı verib.

Shares: