Lionel Skaloni İsveçrə millisinin Argentinaya çətinliklər yaratdığını etiraf edib. Bunu Cənubi Amerika təmsilçisinin baş məşqçisi İsveçrə yığmasına qarşı DÇ-2026-nın 1/4 final mərhələsinin oyunundan sonra deyib.

Mütəxəssis qələbə qazandıqları oyuna şərh verib: “Əslində, bu gün çox əziyyət çəkdik. Bilirdik ki, rəqib fiziki cəhətdən çox güclü komandadır. Düşünürəm ki, onlar bizə ciddi çətinliklər yaratdılar. Bəzi vəziyyətlərdən çıxış yolu tapa bilmirdik.

Düzünü desəm, bu gün şans da bizim tərəfdə idi. Rəqibin bir futbolçusu qırmızı vərəqə aldı və bundan sonra komandamız hücumlarını daha da artırdı. Reallığı qəbul etməliyik, hələ üzərində işləməli olduğumuz məqamlar var. Amma istənilən halda, qələbə qazanmaq hər zaman yaxşıdır”.

Qeyd edək ki, Argentina İsveçrə seçməsinə 3:1 hesabı ilə qalib gələrək yarımfinala adlayıb.

Shares: