DÇ-2026-da dünən baş tutan 1/4 final matçlarının ən yaxşıları bəlli olub.
Norveçlə görüşdə dubl edən İngiltərə millisinun yarımmüdafiəçisi Cud Bellinqem oyunun ən yaxşısı adına layiq görülüb. O, 2:1 hesablı qələbə qazandıqları matçda komandasının yarımfinala çıxmasında böyük pay sahibi olub.
Xulian Alvares isə Argentina – İsveçrə matçında fərqləndirilib. Cənubi amerikalıların hücumçusu oyunda həlldeici qolun müəllifi olub. O, 3:1 hesablı qələbədə komandasının ikinci qolunu vurub.
