Bu gün mətbuatda Slavik Alxasovun “Xəzər Lənkəran”a keçidi gündəmdə idi. Lakin futbolçu bir neçə dəfə mətbuata açıqlamasında hələ rəsmi təklif gəlmədiyini bildirmişdi. 

Futbolinfo.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, cənub klubu dünən “Neftçi”nin müdafiəçisinə artıq rəsmi təklif göndərib və tərəflər razılığa gəliblər. Lakin müqavilə hələ də imzalanmayıb. Səbəb isə “Neftçi”nin cavab verməməsidi. “Ağ qaralar” “hə” deyərsə, Slavik rəsmi müqavilə imzlayacaq.

Shares: