Doqquzqat dünya çempionu Sebastenn Ojye ralli üzrə dünya çempionatıının qarşıdakı bütün mərhələlərinin hamısında iştirak edəcək. Fransalı pilotun məqsədi karyerasında 10-cu dünya çempionluğunu qazanmaqdır.

Finlandiya rallisində qəzaya uğrayaraq mübarizəni tamamlaya bilməyən Ojye ümumi sıralamada beşinci pilləyə geriləyib. O, çempionatın lideri və “Toyota”dakı komanda yoldaşı Elfin Evansdan 62 xal geri qalır.

Əvvəlcə mövsümdə müəyyən mərhələlərdə yarışmağı planlaşdıran Ojye titul şansını nəzərə alaraq proqramını genişləndirmək qərarına gəlib.

Shares: