Serbiyanın qadınlardan ibarət milli komandasının baş məşqçisi Zoran Terziç Türkiyə millisində voleybolçuların vətəndaşlıq almasını şərh edib.
O, milli komandalarda yalnız həmin ölkənin həqiqi vətəndaşlarının və daha əvvəl başqa milli komandada çıxış etməyən oyunçuların forma geyinməsinin tərəfdarı olduğunu bildirib: “Düzünü desəm, çox istərdim ki, milli komandada yalnız bu ölkənin həqiqi vətəndaşı olan və hər şeydən əvvəl, heç vaxt başqa milli komandada oynamamış insanlar çıxış etsin. Hazırda baş verənlər nədir, bu, milli komandadır, yoxsa klub komandası, yaxud ümumiyyətlə nədir? Onların qaydalarına əsasən, Tijana bizim üçün demək olar ki, yarı əcnəbi oyunçudur, halbuki ondan daha serb bir insan sadəcə yoxdur. O, bizim üçün demək olar ki, əcnəbidir, Varqas isə Türkiyədə əcnəbi deyil. Sinead Cek, Rumıniyadan olan Karutaşu və bir sıra digər voleybolçular da belədir. Əvvəllər qaydalara əsasən yalnız bir belə oyunçuya icazə verilirdi, indi isə Türkiyənin üç belə oyunçusu var. Düşünürəm ki, bu, həqiqətən də çoxdur. Eşitdiyimə görə, dördüncüsü də olacaq, amma gəlin zamanı qabaqlamayaq! Bir tərəfdən, mən buna icazə verməzdim. Digər tərəfdən, əgər belə oyunçular hamıda varsa, niyə bizdə də olmasın? Niyə də yox? Düzünü desəm, razılaşardım. Amma mən yalnız bir oyunçuya icazə verərdim, daha çox yox”.
Xatıraldaq ki, Türkiyə yığması 1/8 finalda Azərbaycan millisini 3:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. “Ay-ulduzlular” 1/4 finalda İstanbulda Almaniya seçməsi ilə qarşılaşacaq.
