İngiltərənin “Fulhem” klubu Almaniyanın “Ayntraxt” komandasından yarımmüdafiəçi Hüqo Larssonu transfer edib.

Futbolinfo.az London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı isveçli futbolçu ilə sonradan satınalma şərti ilə icarə müqaviləsi imzalanıb.

Futbolçu yetirməsi olduğu İsveçin “Malmö” klubunun əsas heyətində debütünü 2022-ci ilin fevralında gerçəkləşdirib və həmin mövsüm ölkə kubokunun qalibi olub. 2023/2024 mövsümünün əvvəlində “Ayntraxt”a keçən yarımmüdafiəçi Almaniya təmsilçisinin heyətində keçirdiyi 3 mövsüm ərzində 119 matçda 10 qol vurub və 7 məhsuldar ötürmə edib.

Qeyd edək ki, H.Larsson 2023-cü ildən dəvət aldığı İsveç yığmasının heyətində 12 matça çıxıb.

Shares: