“Zirə”dən “Araz-Naxçıvan”a keçdiyim üçün peşman deyiləm. Bu, verdiyim ən düzgün qərarlardan biri idi. Düz etmişəm. Daha çox oynayacağım komandaya gəlmişəm. Yenidən belə seçim qarşısında qalsam, yenə edərdim”.
Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Araz-Naxçıvan”ın futbolçusu Ceyhun Nuriyev deyib.
25 yaşlı yarımmüdafiəçi Premyer Liqanın IV turunda səfərdə “Qarabağ”a 2:3 hesabı ilə məğlub olduqları oyunu da şərh edib:
“Tez qol buraxmaq həmişə pisdir. Bu, komandanı çətin vəziyyətə salır. Bəlkə də erkən qol buraxmasaydıq, hər şey fərqli olardı. Çünki oyuna yaxşı başlamışdıq və sona qədər də mübarizə apardıq. Demək olar ki, getdikcə daha yaxşı komandaya çevrilirik. “Qarabağ”la matçda kifayət qədər qol imkanımız oldu. Lakin hələ də qələbəmizin olmaması bizi narahat edir. Rəqib səviyyəcə bizdən üstün idi, ancaq layiqli mübarizə apardıq. Məncə, ən azı heç-heçəyə layiq idik”.
Nuriyev komandanın mövsümə uğursuz başlamasının səbəblərindən də danışıb:
“Hazırda yaxşı vəziyyətdə deyilik. Komanda olaraq heç bir bəhanəmiz yoxdur. Səhvlərimizi düzəltməyə çalışacağıq. Mövsümün əvvəlindən bizi çox ağır təqvim gözləyirdi. Bu, bəhanə olmasa da, 4 turun 3-də çempionluq uğrunda mübarizə aparan komandalara qarşı oynadıq. Ola bilər ki, bu baxımdan bəxtimiz gətirmədi. Amma oyun öz əlimizdədir. Əslində, məşqçi heyətinin və futbolçuların çoxu yenidir. Komandanın oyununu oturtmaq və nəticələr qazanmaq bir qədər vaxt alır”.
“Araz-Naxçıvan”ın mövsümün qalan hissəsindəki hədəflərinə toxunan futbolçu qələbələrə kökləndiklərini bildirib:
“Mövsümə pis başladıq. Artıq yalnız qələbə haqqında düşünəcəyik. Məşqlərdə etdiklərimizə daha diqqətlə yanaşaraq və daha çox çalışaraq, yalnız qələbəyə köklənəcəyik. Statistik göstəricilər baxımından mən də mövsümə yaxşı başlamamışam. Buna baxmayaraq, hədəflərim böyükdür. Komandanın daha yaxşı nəticələr qazanması üçün əlimdən gələni artıqlaması ilə edəcəyəm”.
GÜNAY SÜLEYMANOVA

