Digər idman növləri

Azərbaycanı AÇ-də iki paraüzgüçü təmsil edəcək

RgSFd - Futbolinfo.az

Türkiyənin Kocaeli şəhərində təşkil olunacaq Avropa çempionatında Azərbaycanı iki paraüzgüçü təmsil edəcək.

Bu barədə Futbolinfo.az-a Azərbaycan Milli Paralimpiya Komitəsindən məlumat verilib.

Yarışda S12 kateqoriyasında Raman Salei, S10 kateqoriyasında isə yeniyetmə paraüzgüçü Əli Vəliyev iştirak edəcək.

İdmançılar qitə çempionatında məşqçilər Faiq Əsgərov və Fyodor Kirillovun rəhbərliyi altında mübarizə aparacaqlar.

Shares: