Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun yeni klubu bəlli olub. Hücumçu “Bukovina”ya keçib.
Ukrayna klubunun mətbuat xidmətinin məlumatına görə, 27 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.
Son olaraq Polşada “Motor” klubunda çıxış edən Renat karyerası ərzində Portuqaliyanın “Eştoril”, “Pasuş de Ferreyra”, “Tondela”, İsveçrənin “Qrasşopper”, İngiltərənin “Vulverhempton”, Türkiyənin “Hatayspor” və “Ankaragücü” klublarında da oynayıb.

