"Qarabağ"ın yarımmüdafiəçisi Murad Səttarlı Ağdam klubu ilə yollarını ayırır. Futbolinfo.az xəbər verir ki, 22 yaşlı orta sahə oyunçusu "Simurq"a keçməyə hazırlaşır.
 
Maraq üçün xatırladaq ki, Səttarlı ötən mövsüm məhz "Simurq"da çıxış etmişdi. Amma o vaxt Zaqatala klubunda icarə əsasında oynayan futbolçu yayda yenidən müqavilə ilə məxsus olduğu "Qarabağ"a qayıtmışdı.
 
Səttarlı "Simurq"da olarkən daim əsas heyətdə oynamasına, özündən söz etdirməsinə rəğmən, cari mövsümdə "Qarabağ"da bu imkanı əldə edə bilmədi. Bu üzdən də Murad indi özünə yeni klub axtarmaq məcburiyyətində qalıb. Gənc futbolçunun saytımıza verdiyi məlumata görə, onun xidmətində yenə "Simurq" maraqlıdı. Zaqatala klubu bu dəfə onu icarə əsasında yox, transfer hüququ ilə birgə almaq niyyətindədi. Hazırda tərəflər arasında danışıqlar davam edir. Məsələyə yanvarın 8-də aydınlıq gəlməsi gözlənilir. 
Shares: