Son günlərdə Türkiyəyə transferi gündəmdə olan "Qəbələ"nin yarımmüdafiəçisi Amit Quluzadənin qardaş ölkəyə gedişi hələ ki, sual altındadı. Futbolinfo.az xəbər verir ki, U-21 yığmamızın şərəfini qoruyan gənc futbolçuya PTT 1-ci liqada mübarizə aparan 3 klubdan təklif gəldiyi bildirilir.
Lakin bu klublardan yalnız biri Quluzadəyə yüksək məbləğda maaş təklif edib. Məbləğin hətta 270 min manat olduğu bildirilir.





