FİFA prezidenti Yozef Blatter simulyator futbolçulara qarşı yeni təkliflə çıxış edib. Futbolinfo.az xəbər verir ki, o, bu cür saxtakarlığa yol verən oyunçuların müəyyən müddətə meydandan kənarlaşdırmasını məqsədəuyğun sayıb.
Bu barədə İtaliyanın nüfuzlu “La Gazetta dello Sport” qəzeti məlumat yayıb. Təklifin FİFA-nın növbəti iclasında müzakirəyə çıxarılacağı gözlənilir.
Xatırladaq ki, daha əvvəl Blatterin təşəbbüsü ilə oyun zamanı spreydən istifadə olunması qərarı qəbul edilib.





