"Rəvan"ın baş məşqçisi olması gözlənilən Güvenç Kurtar Bakıya gəlib. Futbolinfo.az xəbər verir ki, türk mütəxəssis paytaxt klubu ilə danışıqları yekunlaşdırmaq üçün ölkəmizə səfər edib.
 
Heydər Əliyev adına beynəlxalq hava limanında açıqlama verən Kurtar prinsipial anlaşma əldə etdiyi "Rəvan" rəsmiləri ilə görüşəcəyini, razılıq əldə olunacağı halda bazar ertəsi müqavilə imzalayacaqlarını bildirib.
Shares: