İspaniya La Liqasında "Levante"nin şərəfini qoruyan Kristian Lell həbs olunub. Futbolinfo.az xəbər verir ki, buna səbəb alman futbolçunun həyat yoldaşını döyməsidi.
Oyunçu qonşuların şikayətindən sonra polislər tərəfindən saxlanılıb. Daha sonra isə məhkəməyə çıxarılıb. Məhkəmənin verəcəyi qərara qədər Lell həbsdə olacaq.
29 yaşlı oyunçu daha əvvəl "Bavariya"da da forma geyib.





