"Qalatasaray"ın holland futbolçusu Uesli Sneyder Çempionlar Liqasının 1/8 final mərhələsindəki rəqibləri "Çelsi" və sabiq baş məşqçisi Joze Mourinyo barədə danışıb. Futbolinfo.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Mourinyonu məğlub etmək üçün əlindən gələni edəcəyini deyib:
"Mourinyo mənim üçün xüsusi bir insandı. Aramızda oyunçu-məşqçi münasibətindən daha artığı var. Onunla bütün kubokları qazandım. Bununla belə meydana çıxanda onu məğlub etmək üçün əlimdən gələni edəcəyəm. O da məni məğlub etmək üçün çalışacaq. Bu normaldı. Yenə də köhnə xatirələri yad etmək, bir-birimizi qısa müddətə də olsa görmək çox yaxşı olacaq".





