Türkiyənin "Sivasspor" klubunun baş məşqçisi Roberto Karlos futbol üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkara barədə danışıb. Futbolinfo.az xəbər verir ki, braziliyalı ulduz millimizin üzvünün istedadlı futbolçu olduğunu bildirib:
Karlos Cihan və başqa bir neçə gəncin komandada qalacağını deyib: "Səviyyəli futbolçuların olduğu ehtiyat oyunçular skamyamız var. Cihan, Abdurrahman, Eren, Hakan, Niyazi, İbrahim və qapıçı Nihat kimi gənc istedadlar bizimlədi. "Sivasspor" kimi klubun çox səviyyəli ilk "11-liy"i ilə yanaşı, həm də 11 belə ehtiyat oyunçusu olmalıdı".





