Portuqaliyanın və dünya futbolunun əfsanələrindən biri olan Eysebio dünyasını dəyişib. Futbolinfo.az xəbər verir ki, o, 71 yaşında vəfat edib. O, son vaxtlar ürək ağrılarından əziyyət çəkirmiş.
 
Eysebio dünya futbolunun ən güclü oyunçularından biri olub. 1966-cı ildə Eysebio İngiltərədə keçirilən dünya çempionatının bombardiri olub və komandası ilə yarışın bürünc medalını qazanıb. O, daha çox “qara pantera” və "qara inci" ləqəbləri ilə anılırdı.
 
O, klub karyerasının böyük hissəsini “Benfika”da keçirib. Bu komanda ilə 1961/62 mövsümündə Avropa çempionları kubokunun qalibi olan əfsanəvi futbolçu 11 dəfə də Portuqaliya çempionatının qızıl medallarına layiq görülüb. Eysebio bütövlükdə çıxdığı 745 matçda 733 qola imza atıb.
 
Eysebio 2004-cü ildə UEFA tərəfındən Avropa futbolunun bu günə qədərki ən yaxşı 7-ci futbolçusu seçilmişdi.
Shares: