Birinci divizion komandalarından olan İmişlinin "Mil-Muğan" klubu yanvarın 10-da istirahətə son qoyub, məşqlərə başlayacaq. Futbolinfo.az xəbər verir ki, klub təlim-məşq toplanışını doğma məkanda keçirəcək.
Yalnız yoxlama oyunları üçün kollektiv İmişlini tərk edəcək. "Mil-Muğan"ın aşağı dəstədə mübarizə aparan Bakı və ya qərb klubları ilə yoldaşlıq oyunlarında qarşılaşması gözlənilir.
Bu arada komandanı 5 futbolçu tərk edib. Baş məşqçi Mətləb Məmmədov komandadan çıxardığı futbolçuların yerinə eyni sayda oyunçu götürəcək.





