FİFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş sayca 26-cı ənənəvi beynəlxalq turnirdə 1996-97-ci il təvəllüldü futbolçulardan ibarət Azərbaycan yığması bu gün 2-ci oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, yığmamız bu dəfə Çexiya ilə qarşılaşıb.
 
Qeyd edək ki, yığmamız qrupdakı ilk oyununda Yunanıstanla qarşılaşmışdı və 1:1 hesablı heç-heçəyə razılaşmışdı. Çexiya isə startda Yaponiyaya 1:3 hesabıyla uduzmuşdu. Bu görüşdə isə çexlər yığmamızdan üstün olublar.
 
Bu gün C qrupu çərçivəsindəki digər oyunda Yaponiya Yunanıstanla qarşılaşacaq.
 
Valentin Qranatkinin xatirə turniri
C qrupu
6 yanvar
 
Azərbaycan – Çexiya – 0:2 (0:0)
 
Matç başladı
Birinci hissə başa çatdı
İkinci hissə başladı
61-ci dəqiqədə çexlər hesabı açır – 0:1
78-ci dəqiqədə yığmamız qapısında növbəti qolu görür – 0:2
Matç başa çatdı
Shares: