"Beşiktaş"ın futbolçusu Sezer Öztürk bıçaqlanıb. Futbolinfo.az xəbər verir ki, bu haqda komandanın rəsmi saytı məlumat yayıb.
Sezer dostları ilə gecə klubunda əylənərkən dostlarından biri başqa bir masanın müştərisi ilə mübahisə edib. Daha sonra həmin şəxs Öztürkün dostuna 6 bıçaq zərbəsi endirib. Futbolçu davanı sakitləşdirməyə çalışarkən qolundan bıçaq yarası alıb.
Xoşbəxtlikdən onun zədəsi ciddi deyil.





