“Borussiya"nın (Dortmund) futbolçusu Robert Levandovski “Bavariya“ ilə rəsmi müqavilə imzaladıqdan sonar dərhal hər iki cəbhədən reaksiyalar gəlməyə başlayıb. Futbolinfo.az xəbər verir ki, Münhen təmsilçisi ilə 5 illik müqavilə imzalayan polşalı haqda "Borussiya"nın baş məşqçisi Yurgen Klopp istehzalı açıqlama verib:
 
“O, uzun müddətdi getmək istəyirdi. Robert komandadan tam vaxtında ayrıldı. Bu ayrılığı uzun müddətdi gözləyirdik. İndiyədək getmək istəməsinə rəğmən peşəkarlığını göstərdi və bütün bacarığını meydanda göstərdi. Getmək istəməsinə rəğmən qalsaydı, haqqında şayilələr yayılacaqdı ki, bu da vəziyyəti pisləşdirəcəkdi. Futbolçularımızı bizdən satın ala bilərlər, amma "Borussiya" hər şeydən və hər kəsdən böyükdü. "İndi nə olacaq, nə edəcəksiniz, planınız nədi" deyə hər kəs soruşur. Hər kəs bilsin ki, hər şey daha yaxşı şəkildə davam edəcək".
 
Qeyd edək ki, Levandovski dünən “Bavariya” ilə rəsmi müqabilə imzalayıb. O, mövsüm bitdikdən sonra azad agent kimi Münhen klubuna keçəcək və illik 8 milyon avro qazanacaq.
Shares: