"Turan"dan ayrılmalar davam edir. Futbolinfo.az xəbər verir ki, büdcənin azaldıması və maaşlarının kəsilməsi futbolçuları klubu tərk etməyə vadar edib.
 
Artıq komandanın daha iki üzvü yol üstədi. Söhbət Fərmayıl və Elsəvər Əliyevlərdən gedir. Yarımmüdafiəçi mövqeyində çıxış edən birinci "Ağsu"ya yollanır. 19 yaşlı Elsəvərin xidmətində isə "Neftçala" maraqlıdı. Artıq hər iki futbolçu Tovuzu tərk etmək istəyini klub rəhbərliyinə bildirib.
Shares: