İtaliyanın “İnter” klubunun təcrübəli forvardı Dieqo Milito zədəsini sağaldıb. Futbolinfo.az xəbər verir ki, uzun müddətdi zədədən əziyyət çəkən argentinalı qarşıdakı matçlarda komandasına kömək edə biləcək.
34 yaşlı hücumçunun bu gün A seriyasında “Latsio” ilə qarşılaşmada meydana çıxacağı gözlənilir.
Milito 2009-cu ildən “İnter”də çıxış edir.





