İsveçrənin “Bazel” klubu baş məşqçisi Murat Yakının müqavilə müddətini uzadıb. Futbolinfo.az xəbər verir ki, bu haqda komandanın saytında informasiya yerləşdirilib.
Türk əsilli mütəxəssisin yeni sözləşməsi 2016-cı ilin iyununa qədər qüvvədə olacaq.
2012-ci ildən “Bazel”i çalışdıran 39 yaşlı Yakın ötən mövsüm komandanı İsveçrə çempionu etməklə yanaşı, avrokuboklarda da müsbət qrafik cızmasıyla diqqət çəkir.
Qeyd edək ki, “Bazel” hazırda da İsveçrə çempionatında liderdi.





