“Bakı”nın baş məşqçisi Milinko Pantiç paytaxt təmsilçisinin düşərgəsindəki işindən, həmçinin, Madrid “Atletiko”sunun çıxışından danışıb. Futbolinfo.az xəbər verir ki, Pantiç İspaniya mətbuatına müsahibəsində bunları söyləyib:
 
“Bu, çox yaxşı təcrübədi. Ağır olsa da, çox gözəl təcrübə idi. Komandada hələ çox şey üzərində işləmək lazımdı. Biz güclü yerli komandalara qarşı mübarizə aparırıq”.
Serbiyalı mütəxəssisin sözlərinə görə, hələlik dil səddi işləməsinə maneə yaratmır: “Azərbaycan dilini öyrənməyi vəd verirəm. Mənim ispancadan tərcüməçim var. Həmçinin, rusca danışıram. Bizə bu dili 8 yaşdan məktəbdə öyrədiblər. Bu, əhalinin yarısının danışa bildiyi dildi”.
 
Keçmiş klubu “Atletiko”nun çıxışına toxunan Pantiç, madridlilərin yarımmüdafiəçisi Koke haqda fikrini bildirib: “Ona görə şadam. Çox yaxşı oynayır və əminəm ki, məndən də yaxşı olacaq. Mən “Atletikio”ya 30 yaşım ərəfəsində, demək olar ki, karyeramın qürub çağında gəlmişdim. Bu nöqteyi-nəzərdən Kokenin gələcəyi qarşıdadı. O, bütün gənclər üçün bariz nümunədi. Əsas heyətdə yerini sakitcə təmin edib. Bunu sadəcə, öz üzərində işləməklə qazanıb. Hazırda o, Simonenin meydandakı “əlidi”. Bir vaxtlar Antiçin dövründə də eyni vəziyyət idi. Simone nəyi necə etməyi bilir”.
 
Serb mütəxəssis bildirib ki, “Atletiko”nun La Liqada uğur qazanmaq imkanı var: “Hazırda “Atletiko” üç cəbhədə döyüşür və iştirak etdiyi hər bir yarışda qələbəyə əsas namizədlərdəndi.
Shares: