Topaz Premyer Liqasının iştirakçıları yeni ilin ilk günlərində çempionatın qalan hissəsinin hazırlığına start vermək üçün bir araya gəlir. Futbolinfo.az xəbər verir ki, klublarımız ənənəvi olaraq qış fasiləsində ölkə xaricində hazırlaşacaqlar.
 
Artıq "Xəzər Lənkəran", "İnter" və "Qəbələ" Türkiyədədi. Hətta adı çəkilən klublar qardaş ölkələrində ilk məşqlərini keçirməyə də imkan tapıblar. Hazırda çempionatın lideri olan "Qarabağ" isə Türkiyəyə sabah yolda düşəcək. Əldə etdiyimiz məlumata görə, ağdamlılar saat 14:00-da birbaşa reyslə Antalyaya uçacaqlar.
 
Qeyd edək ki, hazırlıq prosesi dönəmində ağdamlılar 4 yoxlama oyunu keçirəcək. Antalyanın Bələk bölgəsinin "İc Santai" otelində məskunlaşacaq komandanın hazırlıq prosesi yanvarın 26-na qədər davam edəcək.
Shares: