Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə Azərbaycan və Çexiya yığmaları arasında bu gün keçirilmiş oyundan sonra milli komandamızın baş məşqçisi Nikolay Adam fikirlərini paylaşıb. Futbolinfo.az xəbər verir ki, almaniyalı mütəxəssis 0:2 hesablı yenilgidən sonra bunları söyləyib:
 
“İlk növbədə Çexiya yığmasını qələbə münasibətilə təbrik edirəm. Hər iki komandaya qələbə lazım idi. Sevinən tərəf rəqibimiz oldu. Ötən oyunla müqayisədə taktiki planda dəyişiklik etməmişdik. Lakin hücum xəttində rəqibə lazımi qədər təzyiq göstərə bilmədiyimiz üçün taktiki gedişlərimiz bir o qədər səmərəli olmadı”.
Shares: