Türkiyədə təlim-məşq toplanışına start verən "İnter" artıq qardaş ölkədə ilk məşqinə də çıxıb. Futbolinfo.az xəbəe verir ki, səhər saatlarında məşqə start verən "bankirlər" 1 saat yüngül çalışmalar üzərində işləyib.
 
Məşqdə diqqət çəkən məqamlardan biri Baçana Sxadadzenin ağır zədədən sonra sıraya dönməsi olub. "Bakı" ilə oyunda ciddi zədə alan və bir müddət yaşıl meydanlardan uzaq qalacağı deyilən hücumçu artıq Türkiyə toplanışında yaxından iştirak edir.
Shares: