“Barselona”nın lideri yaşıl meydanlara qayıdır. Futbolinfo.az xəbər verir ki, komandanın 26 yaşlı ulduzu Lionel Messi sabah Kral Kuboku çərçivəsində “Xetafe” ilə keçirilən matçda meydanda olacaq.
 
Bu barədə baş məşqçi Xerardo Martino açıqlama verib. Argentinalı qolçunun adı oyunun iştirak ərizəsinə salınacaq və çalışdırıcı şans verəcəyi təqdirdə təxminən 2 aylıq həsrətdən sonra meydana çıxmış olacaq.
 
Qeyd edək ki, sabahkı matçın  iştirak ərizəsində Xavi Hernandes, Mark Bartra və Daniel Alveşin adı olmayacaq.
Shares: