Yaxın günlərdə "Xəzər Lənkəran"a brazilyalı qapıçının gələcəyi gözlənilsə də, bu, baş tutmayacaq. Futbolinfo.az xəbər verir ki, buna səbəb Mustafa Dənizlinin son anda həmin qapıçıdanı imtinası göstərilir.
Əslində, türkiyəli mütəxəssis hələ toplanışdan əvvəl bu qapıçını komandasında görmək istəməyib. Lakin klubun seleksioner məşqçisi Mario Souzanın onun təklif etməsindən sonra Dənizli qolkiperi sınamağa qərar verib. Buna baxmayaraq, komanda Türkiyəyə getdikdən sonra o, bu fikrindən daşınaraq amerikalı çərçivə qoruyucusunun gəlməsini istəmədiyini bəyan edib.





