"İnter"in Türkiyədəki təlim-məşq toplanışı davam edir. Futbolinfo.az xəbər verir ki, toplanışın 2-ci gününə komanda trenajor zalındakı məşğələlərlə başlayıb.
 
Daha sonra futbolçular meydana yollanaraq  digər fiziki hərəkətlər üzərində çalışıblar.
 
Axşam saatlarında baş tutmuş ikinci məşqdə oyunçular qısa ötürmələr üzərində çalışıblar, topla digər hərəkətləri yerinə yetiriblər və iki komandaya bölünərək futbol oynayıblar.
 
Qeyd edək ki, hazırlıq planına əsasən "İnter" bu gün də iki dəfə məşq edəcək.
Shares: