Ötən mövsüm "Simurq"un heyətində icarə əsasında forma geyən Murad Səttarlı artıq rəsmən Zaqatala təmsilçisinin futbolçusudu. Futbolinfo.az xəbər verir ki, ötən gün o, yeni komandasıyla ilyarımlıq müqavilə imzalayıb.
Gənc futbolçu "Simurq"un heyətində 21 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Murad Səttarlı 2012/13-cü il mövsümündə bu komandanın heyətində 30 rəsmi qarşılaşmada iki dəfə rəqib qapıçılarını məyus etmişdi. Onun son klubu isə "Qarabağ" idi.





