AZAL-ın müdafiəçisi Aleksandr Şemonayevin futbolinfo.az saytına müsahibəsi
 
– İstirahətiniz necə keçdi?
– Allaha şükür. İstirahətim pis keçmədi.
 
– Yəqin siz də bir çox futbolçular kimi istirahət üçün ölkə xaricinə üz tutmuşduz…
– Bəli, mən də istirahət üçün Türkiyəyə üz tutmuşdum. Normal istirahət edə bildim.
 
– Artıq təlim-məşq toplanışı başlamaq üzrədi…
– İnşallah, hər şey yaxşı olacaq. Yaxşı hazırlaşıb, 4-cü pillə uğrunda mübarizə aparırıq. Çalışacağıq ki, bu istəyimizə nail olaq.
 
– Geridə qalan iki dövrədə komandada hansı çatışmazlıqlar oldu?
– Fikrimcə, pis heyətimiz yoxdu. Sadəcə olaraq bir neçə oyun uğursuz zolağa düşdük. Hansı mövqeyə oyunçu lazım olduğunu məşqçimiz daha yaxşı bilər. Ancaq hazırkı heyətimizdən narazı deyiləm.
 
– Sizi ən çox təəssüfləndirən oyunlar hansılar oldu?
– Məğlub olduğumuz oyunların hamısında məyus olmuşam. Elə oyunlar olurdu ki, hesabda irəli keçirdik, ancaq 90 dəqiqənin sonunda məğlub olurduq.
 
– Çox güman ki, ən çox sevindiyiniz oyun da "Neftçi" ilə qarşılaşma olub…
– Qalib gəldiyimiz bütün oyunlarımızdan sonra sevinirik. Düzdü, həmin oyunda qələbə topunu mən vurdum. Ancaq bu, təkcə mənim yox, həm də bütün komandanın zəhmətinin nəticəsi idi.
 
– Ümumiyyətlə, əksər oyunlarda aqressiv oyun nümayiş etdirirsiz. Bu, nədən irəli gəlir?
– Çünki komandam üçün ürəyim yanır. Mən müdafiəçiyəm və mövqeyim aqressiv oyun nümayiş etdirməyimi tələb edir. Futbol kişi oyunudu.
 
– Başqa klublardan transfer təklifləri var?
– Xeyr, inşallah mövsümün axırına qədər AZAL-da qalacam.
 
– Təlim-məşq toplanışından sonra necə bir AZAL görəcəyik?
– İnşallah, 3-cü dövrə başlayanda daha güclü AZAL izləyəcəksiz.
 
EMİN SƏFƏROV
Shares: