Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə Yaponiya və Azərbaycan yığmaları arasında bu gün keçirilmiş oyundan sonra rəqib komandanın baş məşqçisi Atsuşi Uçiyama fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, yaponiyalı mütəxəssis 4:1 hesabıyla qalib gəldikləri oyunu belə şərh edib:
“Oyuna konsentrasiyamız yüksək olsa da, komandamızın bir sıra problemləri üzə çıxdı. Birinci hissədə daha yaxşı oynadıq. Fasilədən sonra ötürmələrimizin dəqiqiliyi ilə yanaşı, düşündüklərimizin icrasının və meydanda hərəkətimizin sürəti aşağı düşdü.
İntizamlı oynamaq bizim oyun üslubumuzda ən vacib xüsusiyyətdi. Komandada nizam-intizamın yüksək səviyyədə olmasına xüsusi diqqət yetiririk.
Nə qədər təəccüblü olsa da, tribunalarda azarkeşlərimiz vardı. Bu, bizim üçün xoş sürpriz oldu. Dəstəklərinə görə azarkeşlərə təşəkkür edirəm”.





