Futbol üzrə İtaliya Kubokunda 1/8 final mərhələsinin növbəti oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, ötən gecə daha bir görüş baş tutub.
 
"Fiorentina" doğma meydanda "Kyevo" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb. Nəticədə, Florensiya təmsilçisi növbəti mərhələyə adını yazdıran ikinci klub olub.
 
Qeyd edək ki, bu mərhələnin ilk oyunu dekabrın 18-də keçirilmişdi. Həmin oyunda "Yuventus" aşağı liqa klubu "Avellino"ya qalib gələrək ilk 1/4 finalçı olmuşdu.
 
İtaliya Kuboku
1/8 final
8 yanvar
 
Fiorentina – Kyevo – 2:0
 
9 yanvar
 
21:00. Roma – Sampdoriya
00:00. Udineze – İnter
 
14 yanvar
 
00:00. Latsio – Parma
 
15 yanvar
 
19:00. Kataniya – Syena
21:00. Milan – Spetsiya
00:00. Napoli – Atalanta
Shares: