Fransanın PSJ klubu bu qış mütləq yarımmüdafiə xəttinə yeni oyunçu almağı planlaşdırır. Futbolinfo.az xəbər verir ki, Xuan Mata və Xabi Alonsonun keçidini həll edə ilməyən parislilər indi də "Çelsi"nin yarımmüdafiəçisi Eden Hazarda “elçi” düşüb.
Paytaxt təmsilçisi belçikalının keçidi üçün 80 milyon avro təklif edib.
London klubu bunu qəbul edəcəyi təqdirdə pleymeyker yalnız yeni mövsümdən PSJ-də çıxış edəcək.
Qeyd edək ki, Hazard bu mövsüm keçirdiyi 20 oyunda 8 qola imza atıb.





