Xəbər verdiyimiz kimi, “Bakı” Futbol Akademiyasının 4 yetirməsi bugünlərdə “Lans”ın düşərgəsinə yola düşüb. Futbolinfo.az xəbər verir ki, artıq futbolçularımız Valeh Seyidov və Ülvi Süleymanov “sarı-qırmızılar”ın U-19 komandası ilə birgə təlim-məşq toplanışına da qoşulub.
Onlara olan ümidləri doğrultmağa çalışan klubumuzun yetirmələrinin hazırlığı Fransa klubunun məşqçilər korpusunu razı salıb. Hər iki oyunçumuzun komandanın qarşıdakı günlərdə keçirəcəyi yoxlama oyunlarında da meydana çıxması gözlənilir. Artıq “Lans” rəsmi saytı vasitəsi ilə onların təqdimatını keçirib.





