İngiltərə Premyer Liqasında ənənəvi olaraq verilən ayın futbolçusu və məşqçisi mükafatının növbəti qalibləri açıqlanıb. Futbolinfo.az xəbər verir ki, "Liverpul"un forvardı Luis Suares dekabr ərzində ən yaxşı oyun göstərən futbolçu adına layiq görülüb.
Axı o, 2013-cü ilin son ayında meydana çıxdığı 7 matçda 10 qol vurub. Dekabrın ən yaxşı baş məşqçisi isə "Mançester Siti"nin çalışdırıcısı Manuel Pelleqrini seçilib. Qeyd edək ki, Mançester klubu Pelleqrinin ilə ötən ay 7 matça çıxıb ki, bunların 6-da qələbə qazanıb, 1-də heç-heçə edib.





