"Sumqayıt" Futbol Klubunda növbəti təyinat rəsmiləşib. Futbolinfo.az xəbər verir ki, Ağamusa Bağırovun akademiyanın baş kordinatoru vəzifəsinə təyin olunmasından sonra əvəzedici komandada Vaqif Paşayevin köməkçisi vəzifəsinə Hikmət Hüseynov gətirilib.
Qeyd edək ki, A kateqoriyalı çalışdırıcı bundan əvvəl "Sumqayıt"ın U-14 komandasına rəhbərlik edib.





