Türkiyənin “Tavşanlı Linyitspor” klubu ilə yollarını ayıran və hazırda özünə yeni iş yeri axtaran futbol üzrə Azərbaycan yığmasının sabiq müdafiəçisi Usim Ndukanın futbolinfo.az saytına müsahibəsi
– Artıq “Tavşanlı Linyitspor”u tərk etmisiz?
– Bəli, artıq onlarla ayrılmışam.
– Səbəb nədi?
– Maaşımı ala bilmirdim. Əmək haqqları çox gecikirdi. Belədə orada qalmaq istəmədim.
– Amma “Tavşanlı Linyitspor”un prezidenti deyib ki, biz Ndukayla yollarımızı ayırdıq. Siz isə tam fərqli fikir deyirsiz…
– Bu, yalandı. Mən özüm komandanı tərk etmişəm. 4 ay idi ki, maaş ala bilmirdim. Ona görə də orada qalmaq istəmədim. Müqaviləmi də özüm pozmaq istədim, onlara dedim və ayrıldım. Orada olan legionerlər hamısı komandanı tərk edir. Maaşları vermək bir yana qalsın, oyunlara görə ayrılan mükafatı da ala bilmirdik. Necə ola bilər ki, klub prezidenti məni göndərdiyini desin? Bütün legionerlər komandanı tərk edir.
– Təkliflər var?
– Bəli, bir neçə təklif var.
– Hansı klublardan təklif aldığını deyə bilərsiz?
– Yox. Hələ danışıqlar gedir. Bu barədə heç nə deyə bilmərəm.
– Azərbaycan Premyer Liqasında oynayan komandalardan da dəvət edən var?
– Bu suala cavab vermək istəmirəm.
– Bizdə olan məlumata görə, siz “İnter” və AZAL-la danışıqlar aparırsız…
– Hər şeyə qarşıdakı günlərdə aydınlıq gələcək. Amma bir şeyi deyə bilərəm ki, Bakı klubları ilə danışıq aparmıram.
– Başqa ölkələrdən də təkliflər var?
– Türkiyə PTT 1-ci liqasından təkliflər var. Onları dəyərləndirməyə çalışıram.
ELSEVƏR





