“Milan”ın baş məqşçisi Massimiliano Alleqri maraqlı açıqlaması ilə gündəmə gəlib. Futbolinfo.az xəbər verir ki, cari mövsüm “rossonyer”lərə tarixinin ən zəif dövrlərindən birini yaşadan italyan mütəxəssis komandasının Avropadakı uğurlu çıxışı ilə günahını yumağa çalışıb.
O, “Milan”dan fərqli olaraq əzəli rəqibləri “İnter”in avrokuboklarda mübarizə aparmamasını diqqətə çatdırıb: "Milan kimi bir şəhəri Avropada iki komanda təmsil etməlidi. Amma təəssüf ki, “Milan” bu yolda təkbaşına irəliləyir. İtaliya Kubokunda da vəziyyət eyni cürdü. A Seriyasında “İnter” bizdən öndə ola bilər, amma bu, bizdən yaxşı olduqlarını göstərmir. A Seriyası əsas ölçü deyil. “İnter” bizdən 9 xal öndədi və ikinci dövrədə cəmi bir turnirdə oynayacaq. Onlar bizdən daha yaxşı deyil".
Qeyd edək ki, ötən günlərdə “İnter”in baş məşqçisi Valter Matsarri iki klubu müqayisə edərək “neradzurra”nın daha güclü olduğunu bildirmişdi.





