Futbol üzrə Azərbaycan 1-ci divizionunda qış çempionu olan "Araz Naxçıvan" hazırlıqları davam etdirir. Futbolinfo.az xəbər verir ki, Naxçıvan klubu fasilə zamanı heyətinə 4 yeni futbolçu qatacaq.
 
Bunlar "Karvan"ın şərəfini qoruyan Əziz Hüseynov, "Turan-T" klubunda forma geyinən Azər Məmmədov, "Zenit"dən Tural Hümbətov və "Şuşa"dan Tərlan Xəlilovdu. Artıq bu 4 futbolçu Əsgər Abdullayevin sərəncamındadı. Belə ki, adıçəkilən futbolçular Naxçıvan klubunun heyətində "Rəvan"la keçirilən yoldaşlıq oyununda da forma geyinib. Onlarla tezliklə müqvailə imzalanacaq.
 
Qeyd edək ki, bunlardan başqa bir neçə futbolçu da "Araz Naxçıvan"ın düşərgəsindədi. Yaxın günlərdə kimlərin qalıb, kimlərin gedəcəyinə qərar veriləcək.
Shares: