Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Əli Gökdəmirin çıxış etdiyi Almaniyanın “Hannover" klubu Antalya toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, digər Almaniya klubu “Herta” ilə qarşılaşan futbolçumuzun komandası 0:0 hesablı heç-heçə ilə kifayətlənib.
Gökdəmir komandasının heyətində 90 dəqiqə meydanda mübarizə aparmış yeganə futbolçu olub.





