Braziliya futbolunun canlı əfsanəsi Pele bu gün İsveçrənin Sürix şəhərində mükafat alacaq. Futbolinfo.az xəbər verir ki, ənənəvi olaraq keçirilən və ilin ən yaxşılarını müəyyənləşdirən bu mərasimdə Pele "Qızıl top"a layiq görüləcək.
FİFA bu jestlə karyerasında heç vaxt “Qızıl Top” qazanmamış “sambaçı”nı mükafatlandıracaq. Ötənlərin məşhur futbolçusu bunları dilə gətirib:
"Mən 3 dəfə dünya çempionu olmuşam. Ancaq o vaxt fərdi mükafatlar yox idi. Buna görə də FIFA qərar verdi ki, məni də bir dəfə mükafatlandırsın".





