Bir neçə saatdan sonra İsveçrəninin Sürix şəhərində "Qızıl Top" mükafatının təqdimetmə mərasimi təşkil olunacaq. Futbolinfo.az xəbər verir ki, artıq mərasim üçün son hazırlıqlar da başa çatıb.
 
Minlərlə azarkeş burada bir azdan futbol dünyasının ulduzlarının axınına şahidlik edəcəklər. İlin ən yaxşı futbolçusu ilə yanaşı, ilin məşqçisi, ilin qadın futbolçusu və ilin qolu mükafatları da sahiblərinə təqdim olunacaq. Bundan başqa ilin rəmzi yığması da müəyyənləşdiriləcək.
 
Amma etiraf etmək lazımdı ki, bu gecə bütün nəzərlər 3 əsas nöqtədə olacaq. “Qızıl Top” uğrunda mübarizə apran Kriştianu Ronaldo, Lionel Messi və Frank Riberinin.
 
Artıq tədbir zamanı bu üç futbolçunun harada əyləşəcəyi də müəyyənləşib. Həmin fotonu və mükafatlandırma mərasiminin keçiriləcəyi yerin necə dekorasiya olunduğunun videosunu təqdim edirik.

Shares: