"Kəpəz" bu gündən etibarən məşqlərə başlayıb. Futbolinfo.az xəbər verir ki, komanda Vidadi Rzayevin rəhbərliyi altında məşqə saat 16:00-da çıxıb.
Təlim-məşq toplanışında 25-ə yaxın futbolçu iştirak edir. Onlar arasında baxışda olanlar da var. Rzayev yeni gələnlər haqda qərarı həftəsonuna kimi verməlidi. Baxışa çağıralanlar arasında "Şəmkir"in üç futbolçusu da var. Bir müddət öncə xəbər verdiyimiz kimi, Gəncə klubu qonşu rayonun komandasında çıxış edən Asif Əhmədov, Oqtay Məmmədov və Cavid Əhmədovun xidmətində maraqlıdı. Çox güman ki, bu üçlük bəyənilərək heyətdə saxlanılacaq.





