Türkiyənin “Trabzonspor” klubu “Qalatasaray”ın yarımmüdafiəçisi Yekta Kurtuluşun transferindən vaz keçib. Futbolinfo.az xəbər verir ki, bu haqda “bordo-mavilər”in mətbuat katibi Yakup Aslan açıqlama verib.
 
O, futbolçunun pul tələbinin yüksək olması səbəbiylə transferdə geri addım atdıqlarını bildirib. Belə ki, Yekta “Trabzonspor”dan illik 1 milyon 250 min, matç başına isə 15 min avro tələb edib. Aslan artıq məsələ barəsində “Qalatasaray”ın prezidenti Ünal Aysala məlumat verdiklərini bildirib.
 
Trabzon təmsilçisi Yektnın əvəzinə başqa futbolçu axtarışlarına başlayıb.
Shares: