"Rəvan"ın baş məşqçisi Güvənc Kurtar Türkiyə mətbuatına müsahibə verib. Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir.
 
– Biz Azərbaycan xalqını necə seviriksə, onlar da bizi o cür sevir. Buna Azərbaycanın hər qarış torpağında rast gəlmək olar. Futboldan danışarkən, əsas olan Azərbaycanda uğurlu nəticə qazanmaqdı. Azərbaycan futbolna xeyirimiz dəysə, bizim üçün xoş olar. Türkiyədə fəlsəfəmiz bu idi. Türkiyədə necə çalışmışıqsa, Azərbaycanda da o cür çalışacağıq. Biz uğur qazanmaq üçün varıq.
 
– Azərbaycana uyğunlaşmaq çətin deyil ki?
– Azərbaycanla hər şeyimiz eynidi. Dilimiz, dinimiz birdi. Yeməklərimiz bir-birinə bənzəyir. Heç bir çətinliyimiz yoxdu. Elə bil Türkiyədəyəm. Məqsədim, Türkiyəni Azərbaycanda layiqli şəkildə təmsil etməkdi. Üzərimdə məsuliyyətim var.
 
– Komanda ilə nə vaxtdan işləməyə başlamısız?
– Rəsmi olaraq yanvar ayının 5-də komanda ilə məşqlərə başladım. Hazırda Antalyada təlim-məşq toplanışındayıq.
 
– Xeyli müddət baş məşqçilik etmədiz. Təklif isə Azərbaycandan gəldi. Türk futbolunda sizə qarşı inciklik var idi?
– Türkiyədə heç kimdən inciməmişəm. Hazırda vəzifəm Azərbaycandadı. Uğur qazanmaq üçün əlimdən gələni edəcəm.
 
– Mustafa Dənizli ilə görüşmüsüz?
– Təəssüflər olsun ki, hələ görüşümüz mümkün olmayıb. Mən Azərbaycana gedərkən o Türkiyəyə qayıtmışdı. Çox gərgin iş qrafikində çalışıram. Başımı qaşımağa vaxtım belə yoxdu.
 
– Mustafa Dənizlinin komandası ilə yanaşı sizin klub da kubokda mübarizə aparır. Türk məşqçilərin finalını görə bilərik?
– Biz kubokun 1/4 finalındayıq. Azərbaycan Kubokunu qazanmaq niyyətindəyik. Premyer Liqada vəziyyətimiz yaxşı deyil. Ancaq Mustafa Dənizlinin çalışdırdığı "Xəzər Lənkəran"la finalda qarşılaşa bilərik.
Shares: