"Hər şey yolundadı. Özüm də çox yaxşıyam. Komandamızda da vəziyyət yaxşıdı. Hazırlıqlarımız davam edir. Əlimizdən gələni edirik”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Çumbinyo deyib. Braziliyalı futbolçu Premyer Liqadakı rəqabətdən də danışıb:
“Mənə elə gəlir ki, komandamız doğru yolda irəliləyir. Səhvlərimizdən nəticə çıxarmalıyıq. İlk dövrədə etdiyimiz səhvləri təkrarlamamaq üçün onları nəzərdən keçirməliyik. Fikrimizdə olan başqa düşüncələri, mənfi şeyləri atıb, bir şey üçün cəmləşdirməliyik – çempionluq! Bu məqsədlə də davam etməliyik. İnanıram ki, çemionatın ikinci yarısında daha maraqlı mübarizə olacaq".





